Türkiyə hərəkətə keçdi – ABŞ-a SORĞU GÖNDƏRİLDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə “Patriot” hava hücumundan müdafiə sistemləri almaq üçün ABŞ-a göndərdiyi sorğunun cavabını gözləyir.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərdə keçirilən Doha forumunda deyib.

“Türkiyə ABŞ-ın hələ də onun müttəfiqi olduğuna inanır. Heç kim S-400 zenit-raket komplekslərinin alınmasına dair Rusiya ilə əldə olunan sazişi ləğv edə bilməz, bu, artıq baş tutub. Rusiyanın təklifi daha sərfəli idi və biz onu qəbul etdik. İndi isə biz ABŞ-dan “Patriot” sistemlərini almağa hazırıq və onların cavabını gözləyirik”, – deyə Çavuşoğlu bildirib.

Nazir, eyni zamanda ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi təqdirdə Ankaranın buna cavab vermək məcburiyyətində qalacağını da vurğulayıb.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemi olan S-400 zenit-raket kompleksləri iyul ayının ortalarından Türkiyəyə çatdırılmasına başlanılıb.

Uzaq məsafəli zenit-raket sistemi – S-400 Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

Türkiyə Belarus və Çindən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir. Yaxın vaxtlarda onlara Hindistan da qoşulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp