50 mindən çox insan təxliyə edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İtaliyada bomba həyəcanı səbəbindən 54 min insan təxliyə edilib.

Publika.az xəbər verir ki, Brindizi şəhərinin “qırmızı zona” elan edilən hissəsində yaşayan sakinlər dünəndən evlərini tərk etməyə başlayıb.

İkinci dünya müharibəsindən qalma bombanın zərərsizləşdirilməsində minə yaxın hüquq-mühafizə orqanı əməkdaşı və 250 könüllü iştirak edib.

Müharibə zamanı partlamamış bomba və mərmi aşkarlanması ilə bağlı əməliyyatlar İtaliyada demək olar ki, mütəmadi olaraq həyata keçirilir.

Oxşar hal 2 noyabrda da baş vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir