Bakıda dəhşətli hadisədə ölən tələbələrin ADLARI AÇIQLANDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ötən gecə Binəqədi rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən tələbələrin adları məlum olub.

Publika.azın əldə etdiyi məlumata görə, Binəqədi şosesində Şabran rayon sakini Təbriz Ağayevin idarə etdiyi “KamAz” markalı yük maşınının üstündən keçərək öldürdüyü tələbələrin Biləcəri qəsəbə sakini, 2003-cü il təvəllüdlü Tural Cabbarov və Füzuli rayon sakini, 2003-cü il təvəllüdlü Dilarə Sultanova olması müəyyənləşib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

***

09:17

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, ərazidə işıqlandırma zəif olduğu üçün “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. (oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir