Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ABŞ-da minə yaxın kimsəsiz insana süfrə açdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində dekabrın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Publika.az-a verilən məlumata görə, aksiyada San Dieqoda yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, 1000-ə yaxın insana isti yeməklər paylanılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir, Kaliforniyanın ən böyük xeyriyyə təşkilatlarından olan “Cou Ata Kimsəsizlər Sığınacağı”nda təşkil olunub.

“Cou Ata Kimsəsizlər Sığınacağı” xeyriyyə təşkilatı Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Baş Konsulluq tərəfindən təşkil olunan xeyriyyə aksiyasına evsahibliyi etmələrindən məmnunluq duyduqlarını, bu aksiyanın San Dieqoda yaşayan böyük sayda kimsəsiz və evsiz-eşiksiz insanların isti yeməklərlə təmin olunmasında böyük rol oynadığını vurğulayıb. Qeyd edilib ki, bu xeyriyyə tədbiri, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının böyük göstəricilərindən biridir.

Qeyd edək ki, San Dieqoda hazırda 8 mindən çox evsiz-eşiksiz insan yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp