Azərbaycanlı reperlərin avtomobili atəşə tutuldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“HammAli & Navai” qrupunun reperləri Aleksandr Əliyevlə Nəvai Bəkirovun içərisində olduqları avtomobil atəşə tutulub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəetmə mərkəzinin nümayəndəsi məlumatverib. İnsident reperlər Lipetskdən Moskvaya qayıdarkən baş verib. Onların sözlərinə görə, maşınlarının yaxınlığında silahdan açılan atəşə oxşayan səslər eşidiblər. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.


Rusiya DİN nümayəndəsi hər iki insident arasında bağlılıq olmadığını bildirib.

“HammAli & Navai” qrupu 2016-cı ildə yaradılıb. Aleksandr Əliyev və Nəvai Bəkirov Azərbaycanda doğulsalar da, Rusiyada fəaliyyət göstərirlər. (qafqazinfo.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp