İş yerlərində bu qaydalara əməl edilməlidir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İş ərazisi müvafiq havalandırma qurğuları ilə təmin olunmalıdır. Həmin havalandırma sistemləri duman, qoxu, his və buxarlanmanı aradan qaldırmalı, temperaturu mühafizə etməli, toz, çirk və zərərvericilərin girişinin qarşısını almalıdır.

Publika.az-ın Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, havalandırma qurğularının hissələrinin (filtrlər və digər hissələrin) mütəmadi təmizləmək və ya dəyişdirmək imkanının olması vacibdir.

Müəssisələr təbii və ya süni işıqlanma ilə işıqlanmalı, süni işıqlanma vasitələri xüsusi qoruyucu ilə qorunmalıdır. İstifadə olunacaq işığın şiddəti və rəngi qida istehsalı və qidanın xüsusiyyətlərinə mənfi təsir etməməli və iş yerlərini kifayət qədər işıqlandırmalıdır.

Qida məhsullarının istehsal və ya emal olunduğu ərazilər (ofislər və s. istisna olmaqla) qida məhsulları istehsalına uyğun gigiyenik tələblərə cavab verəcək formada quraşdırılmalıdır. Belə ki, döşəmə örtükləri möhkəm, dayanıqlı olmalı, su keçirməməli, sürüşkən olmamalı, təmizlənməsi sadə və dezinfeksiyaya uyğun olmalıdır. Örtüklər, həmçinin aşınmaya qarşı dayanıqlı və yuyula bilən olmalıdır. İstehsal sahəsində, həmçinin müvafiq say və ölçüdə tullantı su kanalı olmalıdır və kanallar qoxu yayılmasına və tullantıların geri qayıtmasına qarşı etibarlı, təmizləmə və dezinfeksiya edilə bilən olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir