“Bizi daha gərgin çempionat gözləyir”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Bir xal qazandıq, bu il çempionatda son oyunumuz idi. Mövsümün birinci hissəsini lider kimi tamamladıq”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIV turunda evdə “Keşlə” ilə 2:2 hesablı heç-heçədən sonra söyləyib.

Qurbanov qapıçı Asmir Beqoviçin ehtiyatda saxlamasına da aydınlıq gətirib: “İlin sonunda icarə müqaviləsi başa çatır. Bizdən asılı olanı edəcəyik ki, qalsın. Özü də qalmaq istəyir. Şəhəri, komandanı bəyənir. Qapıçı mövqeyi ilə bağlı əvvələr də rotasiyalar olub. Filip Ozobiç komanda ilə məşqlərə başlayıb. İmkan olsa, qarşıdakı matçlarda şans verəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp