Bu şəxslər doktoranturaya qəbul imtahanından azad ediləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Doktoranturaya qəbul zamanı xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar dil üzrə qəbul imtahanından azad ediləcəklər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

“Xarici dil üzrə beynəlxalq dil sertifikatlarına malik olanlar isə dil üzrə qəbul imtahanından azad ediləcək. Düşünürəm ki, bu dəyişiklik çox vacibdir, çünki xarici dil bacarıqları olmadan elmi bazalara çıxış, yeni nailiyyətlərdən bəhrələnmək mümkün deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir