Bu gün AVRO-2020-nin əsas mərhələsinin püşkatması olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşatması olacaq.

Publika.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Püşkatma nəticəsində Bakıya gələcək milli komandaların adları bəlli olacaq. Turnirdə iştirak edən 24 komanda 4 səbətə bölünüb. AVRO-2020-yə Millətlər Liqası vasitəsilə vəsiqə qazanacaq komandalar 4-cü torbada olacaq.

Səbətlərin tərkibi:

1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya

3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)

B qrupu: Rusiya, Danimarka, Belçika

C qrupu: Niderland, Ukrayna, A və ya D Liqasının qalibi

D qrupu: İngiltərə, C Liqasının qalibi

E qrupu: İspaniya, B Liqasının qalibi

F qrupu: Almaniya, A və ya D Liqasının qalibi

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir