Azərbaycanda zəhərlənən tələbələrlə bağlı YENİ XƏBƏR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakının Nizami rayonunda “NZS” adlanan ərazidə zəhərlənən tələbələr xəstəxanadan evə buraxılıblar.

Publika.az xəbər verir ki, təcili yardımdla 3 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılan tələbələr – 1998-ci il təvəllüdlü Tağıyev Niyaməddin Qəhrəman oğlu və 1999-cu il təvəllüdlü Həsənov Elşad Sadiq oğlu həkimlərin ilkin itbbi yardımından sonra ambulator müalicəyə yola salınıblar.

İlkin məlumata görə, həmin şəxslərin evdə hazırlanmış turşudan zəhərləndikləri ehtimal edilir.

***

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu barədə Təcili Tibbi Yardıma çağırış saat 07:59-da daxil olub:

“Ünvana gələn həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər. 3 saylı Bakı Şəhər Xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımi tibbi yardım göstərilib. Müalicələri davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir