DİN Bakıda və Abşeronda törədilən qətllərlə bağlı məlumat yaydı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daxili İşlər Nazirliyi ötən gecə baş vermiş qətl hadisələri ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 28-də saat 23 radələrində Binəqədi rayonunun S.S.Axundov küçəsində naməlum şəxs münaqişə zəminində Qəbələ rayon sakini Pərvanə İsmayılovaya bıçaqla xəsarət yetirib və yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ucar rayon sakini S.Əzizov saxlanılıb.

Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən O.Gərayev saxlanılıb.

Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir