YAP-ın Siyasi Şurası toplanır – Növbədənkənar seçki müzakirəsi?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün hakim Yeni Azərbaycan partiyasının Siyasi Şurasının toplantısı keçiriləcək.

Bu barədə Axar.az-a məlumatı YAP mətbuat xidmətindən təsdiqləyiblər. Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev YAP SŞ-nin iclasının gündəliyi ilə bağlı məlumat verməkdən imtina edib.

Bildirilib ki, bu gün 15:00-da media üçün geni mətbuat konfransı keçiriləcək.

Azərbaycanda parlament seçkisi 2020-ci il noyabrda keçirilməlidir.Siyasi Şuranın iclasından sonra, saat 15:00-da YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir