Rusiya Türkiyənin əzəli düşmənlərinə elə vədlər verdi ki…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya PKK/YPG terror təşkilatı ilə əlaqələrini gücləndirib.

Publika.az xəbər verir ki, rəsmi Moskva ilk dəfə PKK nümayəndələri ilə görüşüb.

Bölgədəki yerli mənbələrin məlumatına görə, bir general və diplomatik səlahiyyətli iki Xarici İşlər Nazirliyi nümayəndəsindən ibarət heyət Eyn əl-Ərəbdə PKK-nın liderləri ilə bir araya gəlib. Bir müddət əvvəl Eyn İsa şəhərində ABŞ-ın boşaltdığı bazaya yerləşən Rusiyanın Türkiyə sərhədində atdığı bu addım diqqətçəkici hesab olunur. Verilən bilgiyə görə, ruslar terror təşkilatına bölgənin türk hücumlarından kənarda saxlanması üçün əllərindən gələni etməyi vəd veriblər.


Terror təşkilatının bir zamanlar “Kobani” olaraq yenidən adlandırmağa çalışdığı Eyn əl-Ərəb bölgəsi Türkiyənin “Fərat qalxanı” və “Sülh çeşməsi” anti-terror əməliyyatları ilə işğaldan azad olunan şəhərləri tam ortadan ikiyə bölür. “Sülh çeşməsi”nin ABŞ və Rusiya ilə əldə olunan razılaşmalar əsasında dayandırılmasından sonra rejim qüvvələri və Rusiya bu şəhərə daxil olmuşdu. Türkiyə sərhədindəki bölgədə Rusiyaya aid bir hərbi baza, Əsəd qüvvələrinin bir mərkəzi və PKK-nın qərargah binaları yerləşir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir