Ulduz futbolçular yanaqlarını qırmızıya boyadılar

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Məşhur futbolçular qadına şiddətə etiraz etmək üçün yanaqlarında qırmızı boya ilə matça çıxıblar.

Publika.az xəbər verir ki, İtaliya A Seriyasının 13-cü həftəsində İtaliya şirkətinin təşkil etdiyi kampaniyaya əsasən, bütün matçlara oyunçular və hakimlər üzlərinə qırmızı boyayla xətt çəkərək meydana çıxıblar.

Liqa rəhbərliyi mövzu ilə əlaqədar verdiyi açıqlamada bu fikirləri qeyd edib: “Ən əhəmiyyətli qırmızı kart qadına yönəlmiş şiddətə qarşı olan kartdır”.

İtaliya futbolunun simalarından olan Alessandro Del Piero və Marco Materazzi də sosial media hesablarından üzlərini boyadıqları fotoşəkilləri paylaşaraq kampaniyaya dəstək verdiklərini açıqlayıb.

Kampaniyaya təşkilatçılıq edən şirkətə dəstək verən keçmiş qapıçı Francesco Toldo isə bu problemi həll etmək üçün oğullarımıza gerçək dəyərləri və hörməti izah etməli olduğumuzu qeyd edib.

Qeyd edək ki, içərisində Cristiano Ronaldo, Federico Higuain, Franck Ribery kimi ulduz adların da olduğu bu kampaniya həssas davranış üçün ictimaiyyət tərəfindən alqış toplayıb və sosial mediada böyük əks-səda yaradıb.

Məhərrəm Əliyev



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir