Separatçıların jurnalisti Bakıya niyə gəldi?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xarici İşlər Nazirliyi (XİN) Bakıya gəlib-gedən erməni jurnalistlərin arasında Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin “İctimai Televiziya”sının əməkdaşının olmasına münasibət bildirib.

Modern.az-ın sorğusuna cavab verən XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Dağlıq Qarabağ ərazisi Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədlərinin tərkib hissəsini təşkil edir:

“Bildiyiniz kimi, bu ərazidə yaşayan əhali iki icmadan erməni və azərbaycanlı icmalarından ibarətdir. Hazırda müvəqqəti olaraq işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdır və bölgənin erməni icmasını təşkil edirlər.

Ümumilikdə, erməni jurnalistlərinin ölkəmizə səfərinə gəldikdə, fikrimcə, bu səfər Azərbaycan, ölkəmizdə gedən inkişaf prosesləri, rifah, multikultural dəyərlər və s. haqqında qarşı tərəfin yerindəcə məlumat əldə etməsi baxımından önəmli idi”.

Xatırladaq ki, 17-21 noyabr tarixlərində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfəri təşkil olunub.

Erməni jurnalistlər isə Bakı, Gəncə və Qubaya baş çəkiblər.

Qeyd edək ki, Azərbaycandan Ermənistana gedən jurnalistlər “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Yolçuyevdir.

Ermənistandakı “Şant” telekanalanın əməkdaşı Artyom Yerekyan, “Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və Qarabağdakı separatçı rejimin “İctimai TV”sinin əməkdaşı Edqar Elbakyan noyabrın 17-dən 21-dək Bakı, Gəncə və Qubanı gəziblər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir