Emin Ağalarovdan Bakı ilə bağlı maraqlı sözlər: Bakı qutabı və kababı…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar-müğənni Emin Ağalarov Bakıya getməyi və ekstremal idman növlərini sevir.

Publika.az xəbər verir ki, Emin Ağalarov RİA “Novosti”yə müsahibəsində getdiyi istirahət məkanları və həyat yoldaşına etdiyi sürprizlər barəsində danışıb:

“İstirahət günlərimi əsasən ailə və dostlarla keçirirəm. Eyni zamanda idmanla məşğul oluram. Uşaqlarla birlikdə qum qalacıqları düzəldirik, bir sözlə əylənirik. Dubay, Mayami və əlbəttə ki, böyük övladlarımın yaşadığı doğma Bakını sevirəm. Çalışıram onlara çox vaxt ayırım. Onlarla futbol oynayıram, gəzirik.

Mayaminin isə xüsusi atmosferi var. Şəhərin çimərliyində velosiped sürürəm, idmanla məşğul oluram. Aktiv həyat tərzinə öyrəşmişəm. Su idman növlərini, çimərlik voleybolunu sevirəm. Qışda isə Moskvada və həyat yoldaşım Alyona ilə bir dəfə olduğum İsveçrədə xizək sürməyi xoşlayıram. Yay və payızda adətən Monako, İtaliya və Fransaya gedirik. Passiv istirahəti sevmirəm. Sadəcə çimərlikdə uzanaraq dincəlmək cansıxıcıdır”.

“Bu yaxınlarda onu dostlarımızla birlikdə İsveçrəyə getməyə dəvət etdim. 3 gün ərzində maşınla səyahət etdik, yaxşı kafe və restoranlarda nahar etdik. Əla idi. İstirahət zamanı insanların məni tanıması narahatlıq yaratmır. Ancaq insanların az olduğu yerlərdə istirahət etməyə üstünlük verirəm.

Uşaq vaxtlarımda Bakıda çox vaxt keçirirdim. “Jara” festivalına görə orada tez-tez oluram. İstirahət zamanı işlərimi də görməyə çalışıram. Azərbaycan mətbəxini çox sevirəm. Bakı lülə kababı və qutabı kimi dadlı nəsə yeməmişəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir