Onları bəy yox, həşərat kimi…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,“Sumqayıtın Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti böyükdür”.

Publika.az xəbər verir ki, bu sözləri deputat Araz Əlizadə Prezident İlham Əliyevin Sumqayıtın 70 illiyi ilə bağlı tədbirdəki nitqini dəyərləndirərkən deyib:

“Cənab Prezident düz vurğulayıb. Sumqayıt müasir, böyük sənaye potensialına malik olan və sürətlə inkişaf edən şəhərdir. Sumqayıtda yenidənqurma işləri gedir, yeni texnoparklar yaranır. Ona görə də şəhərin gələcəyi yaxşı və ekoloji cəhətdən təmiz olacaq”.

“Mən onları bəy yox, həşərat kimi qəbul edirəm. Cənab prezidentin çıxışı ilə razıyam. Xalq Cəbhəsi yaranan gündən onlara qarşı mübarizə aparmışam. Əgər ümumilli lider Heydər Əliyev gəlib xalqı bəladan qurtarmasaydı, Azərbaycan adlı dövlət məhv olub gedəcəkdi. Bunlar nadan idi. Atalar demişkən, “iki eşşəyin arpasını bölə bilmirlər”. Onlara aid edirəm bu atalar sözünü”.

Məhərrəm Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir