Dünyanın ən sürətli traktoru hazırlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Formula 1-də yarışan “Uillyams” komandasının mühəndisləri dünyanın ən sürətli traktorunu hazırlayıblar.

Axar.az xəbər verir ki, britaniyalılar buna “JCB Fastrac” modelini modernləşdirməklə nail olublar.

Mühəndislər traktorun aerodinamik keyfiyyətlərini yaxşılaşdırmaq üçün 65 dəyişiklik ediblər. Həmçinin onun alt hissəsinə və kabinəsinə əl gəzdirilib.

Yenilənmədən sonra sürücü və televiziya aparıcısı Qay Martin traktoru maksimum 247.4 km /saat sürətlə idarə edib. İki sınaq yürüşündən sonra traktorun sürət həddi 217.5 km/saat olaraq müəyyənləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir