Azərbaycan Slovakiyaya uduzdu – (YENİLƏNDİ)

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində son oyununu keçirib.

Publika.az xəbər verir ki, Slovakiyanın qonağı olan Azərbaycan yığmasının 0:2 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra Slovakiya 13-cü xalını qazanıb, Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub.

E qrupunun digər oyununda Uels Macarıstanı məğlub edərək (2:0) həlledici raunda yüksəlib. Slovakiya isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə şansını itirib.

***

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Slovakiya – Azərbaycan matçında ikinci qol vurulub.

Marek Hamşikin 86-cı dəqiqədəki zərbəsindən sonra top Bəhlul Mustafazadəyə dəyərək qapıya daxil olub – 2:0

***

Matçın 19-cu dəqiqəsində Slovakiyanın hücumçusu Bozenik hesabı açdı: 1-0.

***

Slovakiya və Azərbaycan milli komandaları arasında oyun başlayıb.

Publika.az xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 23:45-də start verilib.

***

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarík, 7. Lukaş Haraslin, 9. Robert Bojeník, 11. Matuş Bero, 14. Milan Şkrinyar, 15. Norbert Dyömber, 16. David Hançko, 17. Marek Hamşík (kap.), 19. Yuraj Kuçka, 22. Stanislav Lobotka

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (kap.), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Vüsal İsgəndərli, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 16. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 22. Cavid Hüseynov

***

Azərbaycan millisi bu gün UEFA AVRO-2020-nin seçmə mərhələsində sonuncu oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasının qonağı olacaq. Trnavadakı Anton Malatinski adına stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Azərbaycan millisinin heyətində iki itki var. Hücumçu Rüfət Dadaşovla müdafiəçi Maksim Medvedev zədə üzündən hələ Uelslə oyundan əvvəl heyətdən çıxarılıblar. Əvəzində britaniyalıların 2:0 hesabı ilə qalib gəldikləri matçı buraxan Eddi İsrafilov komandaya qoşulub.

AVRO-2020

Seçmə mərhələ, E qrupu

19 noyabr

23:45. Slovakiya – Azərbaycan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir