2400-ə yaxın insan həlak oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hindistanda bu ilin musson mövsümündə azı 2391 nəfər həlak olub, 800 mindən çox ev zədələnib.

Publika.az xəbər verir ki, bundan başqa, mövsüm ərzində 15,7 mindən çox iribuynuzlu mal-qara tələf olub, daşqınlar, leysan yağışlar və torpaq sürüşmələri səbəbindən 6,4 milyon hektar əkin sahəsinə zərər dəyib.

Bu barədə ölkənin daxili işlər naziri Nityanand Rai parlamentin sorğusuna cavabında bildirib.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunan 176 xüsusi qrup daşqın zonalarından 99 minə yaxın insanı xilas edib, 24 min nəfərə tibbi xidmət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir