Sumqayıtda yarımstansiyada DƏHŞƏT – Ölən var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sumqayıtda elektrik yarımstansiyasına müdaxilə edən kişini elektrik cərəyanı vurub öldürüb.

Publika.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs yarımstansiyanın açar yerinə mexaniki yolla müdaxilə edərək qapını açıb və içəri daxil olub. Elektrik naqillərini oğurlamaq məqsədilə kəsərək toplayıb, növbəti naqili kəsərkən onu elektrik cərəyanı vurub öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir