Məhəmməd peyğəmbərin mövludu ilə bağlı tədbir keçirildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçığı ilə Bakıda Məhəmməd peyğəmbərin (s.ə.s) mübarək doğum həftəsi münasibətilə tədbir keçirilib.

Publika.az-a birlikdən verilən məlumata görə, tədbirdə ilk olaraq, “Qazi Qarabağ azanı” səsləndirilib. Sonra Milli Dirçəliş Günü münasibətilə müqəddəs vətən şəhidləri dualarla anılıb.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək bildirib ki, əsrlərdir müsəlman dünyası yaradılmışların ən əşrəflisi olan əziz İslam peyğəmbərinin mübarək doğum gününü vəhdət həftəsi olaraq qeyd edirlər: “Azərbaycan xalqı da yüz illərdir ki, peyğəmbərimizə, onun sevgili ev xalqına öz sevgi və ehtiramını göstərməkdədir. Ölkəmizdə birlik və bərabərliyimizin, dini mühitmizdə hökm sürən tolerant münasibətlərin mühafizə olunmasında peyğəmbər və onun əhli-beytinin mənəvi dərsləri danılmazdır. Qürurverici haldır ki, vətənimizdə mənəvi dəyərlərimizin həqiqi himayəçisi Azərbaycan dövlətidir”.

Qeyd edək ki, tədbirdə şəhidlərimizin pak ruhuna müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub. Şəhidlərimizin əziz ruhuna ehsan süfrəsi təşkil olunub. Tədbirdə ölkənin bir qrup fəal xanımları iştirak edib.

Sonda təşkilatın sədri S.Əzimbəyli mübarək doğum həftəsi münasibətilə keçirdikləri tədbirlərə verdiyi xeyirsevər dəstəyə görə hər kəsə, o cümlədən “Cənnət ” MMC şirkətinə öz təşəkkürünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir