Ermənistanda 5 nəfər dəm qazından zəhərlənərək öldü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistanda dəm qazından zəhərlənmə nəticəsində beş nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətiylə əlaqələr şöbəsinin rəisi Naira Arutunyan deyib. Onun sözlərinə görə, ölənlərin biri yaşlı qadın, digərləri azyaşlıdır.

Hadisə İrəvan şəhərindən 25 km məsafədə yerləşən Nor-Açin şəhərində baş verib.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata əsasən, hadisə dəm qazından zəhərlənmə nəticəsində baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir