Gələn il “ağıllı dayanacaqlar” inşa ediləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gələn il Rusiyada pilot rejimində avtobuslar çağıracaq “ağıllı dayanacaqlar” inşa ediləcək.

“Report” xəbər verir ki, bu barədə TASS-a “Avtonet” Milli Texnologiya Təşəbbüsünün rəsmi nümayəndəsi Yaroslav Fedoseyev bildirib.

İnnovasiya infrastrukturunun ideyası sərnişinlərin dayanacaqda toplaşacağı təqdirdə, müşahidə kameralarının köməyi ilə sistemin ictimai nəqliyyat vasitəsini gözləyənlərin lazımi sayına əmin olmasından sonra avtobusun marşrut xəttinə çıxarılmasından ibarət olacaq.

Bundan başqa, dayanacaqda təqaüdçülərə və imtiyazlı şəxslərə sosial taksi çağırışı üçün düymələr qurulacaq. Bu sosial qrupdan olan sərnişinlər üçün qabaqcadan avtobus sifarişi nəzərdə tutulub.

Fedoseyev bildirib ki, texnologiya Samara, Volqoqrad və Kursk əyalətlərində sınaqdan keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir