Almaniya 140 mühaciri Bakıya deportasiya etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gecə Almaniyadan təyyarə ilə 140 nəfər mühacir Bakıya yola salınıb.

Bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Onların artıq Bakıya çatdıqları bildirilir. Yayılan məlumatlara əsasən, deport olunanları hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayıb, sorğu-sual edərək buraxıblar.

Almaniyada deportasiya əməliyyatlarının davam etdiriləcəyi qeyd edilir.

Məlumata görə, deport olunanlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən müsavatçı Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları – 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.

Bundan əlavə, Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmov da deportasiya edilib. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir