Vəhşicəsinə öldürdüyü qadının yasında zülüm-zülüm ağladı – TƏFƏRRÜAT

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu ilin sentyabr ayında Türkiyənin Zonquldak cilayətində baş verən qətlin təfərrüatı hər kəsi şoka salıb.

Publika.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, 5 uşaq anası olan 69 yaşlı Sultan Biryanın eyiti ölümündən 5 gün sonra quyuda tapılandan sonra onun qatilinin axtarışı xeyli vaxt alıb. Nəhayət qadının üzərindəki bilərzik və sırğalarının zərgərlik dükanında tapılmasından sonra onun qonşuluqda yaşayan Ahmet S. Adlı şəxs tərəfindən öldürüldüyü məlum olub. İşsiz olan Ahmet qonşu qadını güdüb və onun tənha yerdə olmasından istifadə edərək çoxsaylı zərbələrlə öldürərək quyuya atıb.

Qatil daha sonra mərhum qadının evinə gələrək onun 86 yaşlı ərinə Sultanın axtarşlarına kömək etməyi təklif edib. Qadının meyiti tapılandan sonra isə qatil yas mərasimində iştirak edib və göz yaşlarına “hakim ola” bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir