Qazaxda top mərmiləri tapıldı – FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qazaxda 3 ədəd mərmi tapılıb.

Publika.az Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə istinadən xəbər verir ki, 2019-cu il 12 Noyabr tarixində saat 10:53-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonunun Cəfərli və Köhnə Qışlaq kəndləri ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Top mərmilərinin ətrafında 350 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir