Qırmızı çəkməli qızlar payızın stil ikonaları oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qırmızı tufli və çəkmələr gözlənilmədən bu payızın ən populyar trendi olub. Moda həftələrinin qonaqları sanki öz aralarında yarışa girərək qırmızı çəkmə ilə ən maraqlı obrazlarını nümayiş etdiriblər.

“Proenza Schouler”, “Celine”, “Balenciaga”, “Miu Miu”, “Prada” kimi lüks moda evləri ilə yanaşı demokratik brendlər də dəbsevərlər üçün qırmızı çəkmələrin münasib qiymətə olan versiyalarını hazırlayıb. Çəkmələrin həm zamşa, həm laklı, həm də trikotaj materialdan olan modelləri ayaqda eyni dərəcədə effektli təsir bağışlayır.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir