Azərbaycanlı musiqiçi dünya səviyyəli müsabiqəsinin qalibi oldu – FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

1993-cü ildə Azərbaycanda doğulan, iki aylıqkən Türkiyəyə köçən, Ankarada böyüyüb başa çatan Çağdaş Təhsil Vəqfinin istedadlı musiqiçisi Camal Əliyev dünyanın ən nüfuzlu yarışlarından sayılan Konsert Sənətçiləri Gildiyasının (Concert Artists Guild) gənclər kateqoriyasında qələbə qazanıb.

Publika.az xəbər verir ki, bu münasibətlə həmyerlimizi Türkiyənin dünyada da tanınan məşhur musiqiçisi Fazil Say təbrik edib. O, gənc musiqiçiyə uğurlar arzu edib:

“Bravo Camal, sənə böyük bir bravo … Böyük uğurlara imza atırsan, bunu haqq edirsən, çünki keyfiyyətli musiqi ilə yüksəklərə irəliləyirsən. Çox özəl yerlərə nail olacaqsan, yol uzun və çətindir, heç vaxt təslim olma”.

Qeyd edək ki, beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. Camal Əliyev London Kral Musiqi Kollecində violonçel təhsili alıb.

Camal Əliyev Azərbaycanda musiqiçi ailəsində böyüyüb. Babası və ilk müəllimi Qara Əliyev Azərbaycanda çox məşhur bir skripkaçı olub. Eyni zamanda anası violonçel, atası skripkaçı, nənəsi isə pianoçu olub. Musiqiçilər Azərbaycan skripkaçısı və dirijoru, “Şöhrət” ordeni laureatı, Prezident təqaüdçüsü, Azərbaycan SSR xalq artisti Sərvər Qəniyevin dəvəti ilə Türkiyəyə köçüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir