Azərbaycanlı gənc xarici ölkədə intihar etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gürcüstanın Bolnisi rayonunda 24 yaşlı azərbaycanlı gənc intihar edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onun özünə sui-qəsd etməsinə qumar oyunlarına aludəçiliyi səbəb olub.

Azərbaycanlı gənc bundan öncə də intihara bir neçə dəfə cəhd edib. Yaxınlarının müdaxiləsi nəticəsində onun bu cəhdlərinin qarşısı alınıb.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, son günlər qonşu ölkədə eyni səbəbdən Birinci kanalın operatoru da daxil olmaqla, bir neçə gənc intihar edib. Tbilisi və Batumidə qumar oyunlarının reklamının qadağan edilməsi tələbi ilə “Azart oyunlar öldürür”, “Öz uşağını qoru” şüarları altında bir neçə aksiya keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir