Azərbaycanda “BMW” ilə dəhşətli qəzaya düşərək ölən gənc oğlanın FOTOLARI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bir neçə gün əvvəl İsmayıllı rayonu ərazisində – İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində baş verən ağır yl qəzası ilə bağlı məlumat vermişdik.

Publika.az xəbər verir ki, Ax-Ox çayı üzərindəki körpüdə avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini çaya aşıran 1993-cü il təvəllüdlü Əmirzadə Əmralı Ağasəməd oğlu ixtisasca dənizçi olub. O, idarə etdiyi 90-SR-979 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çay yatağına aşıb. Hadisə zamanı sürücü Əmralı Əmirzadə və anası, 1963-cü il təvəllüdlü Əmirova Cəmilə Nəcməddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Ə.Əmirzadə xəstəxanada dünyasını dəyişib.

Bildirilir ki, Ə.Əmirzadə ixtisasca dənizçi olub və gəmi kapitanının köməkçisi kimi çalıırmış.

Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir