Dünya şöhrətli professor BAKIDA xəstələri qəbul edəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Boylam Psixiatriya Xəstəxanasının, Boylam AMATEM və Boylam Psixiatriya İnstitutunun təsisçisi, minlərlə insanın alkoqol və digər maddə asılılığından azad olmasına nail olan, Türkiyənin ilk Beynəlxalq səviyyədə tanınan psixiatrı Professor Dr. Ertuğrul Köroğlu “Referans Medical Group”un təklifi ilə Bakıya gələcək.

Publika.az xəbər verir ki, bu barədə “Referans Medical Group”un xarici əlaqələr üzrə təmsilçisi Fəridə Rəhimbəyova məlumat verib. O, bildirib ki, professor 14-15 noyabrda Referans Poliklinikada xəstələri qəbul edəcək. 16 noyabrda isə “Leyla Medical Center”də (keçmiş Leyla Şıxlinskaya Klinikası) səhər saat 09:30-dan 17:00-a kimi psixoloq, psixiatr və tələbələrə seminar veriləcək. Seminarın sonunda bütün iştirakçılara sertifikat təqdim ediləcək.

Xatırladaq ki, Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik, Leyla Medical Center (keçmiş Leyla Şıxlinskaya Klinikası) və LOR Hospitalın daxil olduğu – “Referans Medical Group” işləri daha da genişləndirmək və əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün xarici həkimlərlə əməkdaşlığa qərar verib. Razılaşmaya əsasən, Türkiyənin tanınmış həkim və professorları xəstələri müayinə və müalicə etmək üçün hər ay Azərbaycana gələcək. Hər ay mütəmadi olaraq Memorial və Boylam Psixiatriya xəstəxanalarından tələb olunan ixtisaslar üzrə həkimlər gəlib burada xidmət göstərəcək.

Əlaqə nömrələri: Fəridə Rəhimbəyova 050 207 11 19

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir