Prezident Anar Nəcəflini TƏLTİF ETDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Anar Nəcəfli televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev noyabrın 6-da sərəncam imzalayıb.

Anar Nəcəfli 1980-ci ilin noyabr ayının 3-də Ucar rayonunda anadan olub. O, ANS şirkətlər qrupunda, “İç xəbər” verilişində müxbir kimi çalışıb. Ancaq sonradan aparıcı kimi fəaliyyət göstərməyə başlayıb.

A.Nəcəfli daha çox Xəzər TV-dəki “Xəbərlər”in aparıcısı kimi məşhurlaşıb.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi olan A.Nəcəfli ARB-də jurnalist fəaliyyətini də davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir