Bakıda DÖRDƏM dünyaya gəldi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda yaşayan Qadadovlar ailəsində dördəm dünyaya gəlib.

Publika.az məlumat verir ki, uşaqlardan 1-i oğlan, 3-ü isə qız övladıdır.

Keçən il ailə quran cütlük valideyn olmaq hissini yaşayırlar. Uşaqların vəziyyəti qənaətbəxşdir.

Uşaqların valideynlərinin sözlərinə görə, övladlarının dördəm olacağını biləndə təəccüb hissi keçiriblər.

Dördəmlərin babasının sözlərinə görə, bu körpələrlə birlikdə nəvələrinin sayı 14-ə çatıb.

Qeyd edək ki, orta statistikaya görə, hər il ölkədə 4-5 dördəm dünyaya gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir