Bakıda 7-ci sinifdə oxuyan QIZ QƏFİL ÖLDÜ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda məktəbli qız müəmmalı şəkildə vəfat edib.

Publika.az xəbər verir ki, Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbin 7 d sinif şagirdi Cəlilova Nuriyyə İlham qızının yaşadığı mənzildə meyiti tapılıb. Onun hansı səbəbdən vəfat etdiyi bəlli olmayıb.

71 saylı məktəbdə şagirdin ölümü ilə bağlı tədbir keçirilib. Məktəbin yaydığı məlumatda deyilir: Məktəbimizin mehriban, sevimli şagirdlərindən biri Nuriyyə Cəlilova vaxtsız dünyasını dəyişib. Nuriyyə sinfin ən nümunəvi, eyni zamanda ən savadlı şagirdlərindən biri idi. O həm müəllimləri, həm də sinif yoldaşları tərəfindən çox sevilirdi…

Allah rəhmət eləsin, məkanı cənnət olsun. Bütün məktəb kollektivi adından Nuriyyənin valideynlərinə səbir diləyirik”.

Muxtar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir