Gömrük Akademiyasının məzunları işlə təmin olunurlar

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gömrük Akademiyasının məzunları gömrük xidmətində işlə təmin olunurlar.

Publika.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasını bitirən məzunlara gömrük xidmətində işləmək imkanı verilir. Akademiyanın məzunları Dövlət Gömrük Komitəsinin rəhbərliyinin müvafiq əmri ilə müsabiqədən kənar işə qəbul olunurlar.

2018/2019-cu tədris ilində Akademiyanı “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisası üzrə bitirən məzunların Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində işə qəbul prosesi artıq başa çatıb.

Beləliklə, təhsilini davam etdirməyən və həqiqi hərbi xidmətini başa vurmuş Akademiyanın bütün məzunları gömrük xidməti orqanlarında işlə təmin olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir