Ermənilər bu “dezo” ilə Şahin Mustafayevi “vurmaq” istədilər……

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Erməni mətbuatı ötən ayın 22-də Azərbaycanın Baş nazirinin müavini təyin olunan Şahin Mustafayevlə bağlı ilginc iddialar ortaya atıb.

Teref.az yazır ki, Ovqat.com-un verdiyi xəbərə görə , Sahin Mustafayevin vaxtilə tələbə yoldaşı olan Sergey Yeganyan adlı şəxs ermenihaberi.am saytına çox da inandırıcı olmayan xatirələrini danışıb.

Onun sözlərinə görə, Şahen (Ermənistanda Şahin Mustafayevi o cür çağırırmışlar) 2 il İrəvan İqtisad İnstitutunda təhsil alıb. Guya, tələbəlik illərində ermənilərin Azərbaycana qarşı keçirdiyi aksiyalara qatılan Şahin Mustafayev hətta mitinqlərin birində çıxış da edib:

“Şahin Mustafayev 20 fevral 1988-ci il 22.00-da İrəvandakı Azadlıq Meydanında çıxış edəndə mən orada idim. Mustafayev çıxışında Nəriman Nərimanovun 2 dekabr 1920-ci ildə erməni xalqına verdiyi sözləri təkrarlatdı: “Naxçıvan, Zəngəzur və Qarabağ Ermənistan ərazisidir. Artıq aramızda mübahisəli torpaq yoxdur”. Nərimanov, eyni zamanda, Qarabağın bir erməni diyarı və Qarabağ xalqının mübarizəsinin doğru olduğunu bildirdi”, – Sergey Yeganyan belə deyib.

Qeyd edək ki, Şahin Mustafayevin keçmişini qaralamağa yönəldiyi güman olunan iddiaların yer aldığı məqalə “Azərbaycanın yeni Baş nazir müavini 31 il əvvəl Qarabağın ermənilərə məxsus olduğunu etiraf edib” sərlövhəsilə dərc olunub.

Məqalənin əsli ilə bu linkdə tanış ola bilərsiniz:

https://www.ermenihaber.am/tr/news/2019/10/28/Azerbaycan-Mustafayev-Karabağ-Ermenistan/167943

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir