Azərbaycanda bu ərazilərə qar yağıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın şimal bölgəsində yerləşən Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağıb.

Qubanın dağ kəndləri olan Xınalıq, Qrız, Xaltan və Qonaqkənd kəndləri ağ örpəyə bürünüb. Ən çox yağıntı Qubanın Xınalıq və Qırız kəndinə düşüb.

Belə ki, kəndlərdə qarın hündürlüyü 14 santimetrə çatıb. Hər iki kənddə temperatur mənfi 10 dərəcəyədək aşağı düşüb.

Həmçinin, Qusarın Ləzə kəndinə də qar yağıb. Qarın hündürlüyü 10 santimetr, temperatur 10 C° təşkil edib.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir