Ən dadlı qatığı özünüz hazırlayın

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Öz əlinizlə qatıq hazırlamaq istəyirsinizsə, bu üsulu sınayın.

Publika.az xəbər verir ki, ən dadlı qatığı aşağıdakı qaydada hazırlayırlar: Südü konus formalı, təmiz çuqun qaba süzürlər (dərhal sağdıqdan sonra). Ən cüzi çirk belə məhsulun korlanmasına səbəb ola bilər. Bundan başqa, ən mühüm şərtlərdən biri də qaba yuxarıdan işığın düşməməsidir. Bu, məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Bundan sonra südü vam odda qaynadırlar və köpük əmələ gələndə qırağa çəkirlər. Qaynanmış südü əvvəlcədən hazırlanan yerə qoyurlar. Qabın yerini dəyişdirmək, südü qəti qatışdırmaq olmaz. Süd soyuyur və onun temperaturu 25 dərəcəyə çatdıqdan sonra üzərində yaranan pərdəni yavaş-yavaş aralayaraq həmin “girişdən” südün içinə ehtiyatla çalası (maya) əlavə edirlər. Maya üçün boyat qatıqdan (5-6 dəfə su qatılmış) istifadə edirlər. Maya qabın dibinə çatmalıdır. Bundan sonra çuqun qabı qapaqla örtüb, istilik üçün təmiz dəsmala bükürlər.

Camış qatığı inək qatığından daha qatı, yağlı və ləzzətlidir. Camış qatığından yüksək keyfiyyətli kəsmik hazırlayırlar. Qoyun südündən alınan qatıq öz orqanoleptik keyfiyyətlərinə görə camış qatığından heç də geridə qalmır, lakin onun turşuluğu daha yüksəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir