Milli parklarımızda təşkil olunacaq tədbirlərə siz də qoşulun

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın milli parklarında noyabr ayında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər keçiriləcək.

Qaçış, veloyürüş, atla yürüş, piyada yürüş, həvəskar balıq ovu turniri və macəra turizmi kimi tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılmasıdır.

“Təbiətin füsunkar gözəlliklərindən həzz almaq istəyirsinizsə milli parklarımıza səyahət edin və təşkil olunacaq tədbirlərə qoşulun. 3 noyabr, saat 8:00 – Şirvan milli parkı – həvəskar balıq ovu turniri; 5 noyabr, saat 9:00 – Samur-Yalama milli parkı – milli parkın yaradılması günü ilə əlaqədar açıq qapı günü; 9 noyabr, saat 10:00 – Abşeron milli parkı – qaçış marafonu; 11 noyabr, saat 11:00 – Hirkan milli parkı – veloyürüş; 14 noyabr, saat 11:00 – Göygöl milli parkı – macəra turizmi; 17 noyabr, saat 10:00 – Şirvan milli parkı – quşların müşahidəsi və ornitoloji seminar; 19 noyabr, saat 10:00 – Ağgöl milli parkı – həvəskar balıq ovu turniri; 21 noyabr, saat 10:00 – Şahdağ milli parkı (İsmayıllı bölməsi) – atla yürüş; 23 noyabr, saat 10:00 – Altıağac milli parkı – piyada yürüş marafonu; 27 noyabr, saat 10:00 – Qızılağac milli parkı – həvəskar balıq ovu turniri; 29 noyabr, saat 10:00 – Şahdağ milli parkı (Şabran bölməsi) – ümumdünya təbiəti mühafizə cəmiyyətinin yaranması ilə əlaqədar seminar. İştirak etmək istəyənlər Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı departamentinin əməkdaşı Aytac Tağıyeva ilə (012) 566-26-10 əlaqə saxlaya bilərlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir