Azərbaycanda yeni Milli Meşə proqramı hazırlanır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Son 30 il ərzində temperaturun 1,4 dərəcə artması erroziyaya uğramış torpaqların, su sərfiyyatının artmasına gətirib çıxarır. Bu baxımdan suyun istifadəsinə həm dövlət nəzarəti, həm də ictimaiyyətin nəzarəti olmalıdır.

Publika.az xəbər verir ki, bunu YAP-ın qərargahında mətbuat konfransı keçirən Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

O qeyd edib ki, havaların isti keçməsi, yağışların azalması iqlim dəyişikliyi kimi qiymətləndirilməldir: “Bunun qarşısnı almaq mümkün deyil. Amma yumşaldılması mümkündür. Əksər Kürboyu rayonlarda yağışların intensivliyi çox azalıb. Məsələn, dənizkənarı rayonlarda yağışlar daha intensiv olub, həcmi də artıb. Amma rayonlarda azalıb. Biz iqlim dəyişikliyinin proqnozlaşdırma riskləri üzərində çalışırıq. Yumşaldılma prosesi üzərində də iş getməldir. Bu, istər-istəməz təbiətə də təsir göstərir”.

Nazir bildirib ki, meşələrlə bağlı cəmiyyətdə tənqidlər var: “Meşələrin bərpası prosesi zəif gedir. Azərbaycan az meşəli ölkələrə aiddir. Bizim meşə fondumuz cəmi 12 faizdir. Burada tənqidlər çox doğrudur. Bununla bağlı Milli Meşə Proqramı üzərində çalışırıq. Burada meşə bərpa və meşə mühafizəsi kimi işlər nəzərdə tutulur. Biz son illərdə böyük tingliklər yarada bilmişik. Düşünürəm ki, həm səpin, həm də əkin nəticəsində bu sahənin inkişafına nail ola biləcəyik. Bunu da təkcə dövlətin üzərinə atmamalıyıq. Nəticə o zaman müsbət olacaq ki, biz bu işi birgə görək. Regionlarda apardğımız işlər öz nəticəsini verir. Aqrobağların yaradılması bütün ölkəni əhatə edir. Bununla həm meşələr yaradılacaq, həm də bol meyvə götürülməsinə nail olunacaq. Hesab edirik ki, burada proqress var. Noyabrın sonunda birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Nəsiminin 650 illik yubileyi ilə bağlı 650 min ağacın əkilməsi böyük bir layihədir. Bu zaman müxtəlif cinsli ağaclar əkiləcək. Onlar hamısı Azərbaycanda yetişdirlib. Sonradan onlara qulluq məsələsi də çox önəmldiir”.

M.Babayev digər böyük hədəfin tullantıların idarə edilməsi ilə bağlı olduğunu vurğulayıb: “Bakı şəhərində artıq nailiyyətlər var. Böyük bir zavod – tulantıların emal edilməsi zavodu tikilib. Balaxanıda müasir tələblərə cavab verən zavod yaradılıb. Orada tulantıların separasiyası həyata keçirlir. Şüşə, kardon, plastik materiallar orada ayrılır, təkrar emalına şərait yaradılır. Rayonlarda isə vəziyyət istədiyimiz kimi deyil. Növbəti illərdə regionlarda tullantıların idarə edilməsi sahəsində kardinal dəyişikliyin həyata keçirlməsinə nail ola biləcəyik. Tullantıların təkrar emalına nail olmaq torpaqlara bu yükün düşməməsi deməkdir”.

Səxavət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir