Avtobuslarda GEDİŞ HAQQI dəyişə bilər (YENİLƏNDİ)

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu ilin sonuna kimi Bakıda şəhərdaxili marşrut xətləri üzrə hərəkət edən bütün avtobusların kart sisteminə keçməsi planlaşdırılır.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qurum hazırda bu istiqamətdə işləri davam etdirir: “Hazırda bu istiqamətdə işlər aparılır. Marşrut avtobuslarının hamısı kart sisteminə keçəndən sonra gediş haqlarında da dəyişiklik ola bilər. Yəni çalışacağıq ki, marşrut avtobuslarında gediş haqqı ayrı-ayrı vaxtlarda müxtəlif qiymətlərə olsun. Bu, həm də pik saatlarda sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır. Səhər pik saatlarında gediş haqqı qiymətləri ayrı ola bilər, adi vaxtlarda başqa. Bunun üçün aylıq ödəmə kartları da ola bilər. Bu proses bəzi ölkələrdə mövcuddur”.

M.Ağayev bildirib ki, bu məsələyə bütün marşrutlar kart sisteminə keçəndən sonra baxıla bilər.

***

Bu təkliflə aparıcı Tarix Əliyev (Tolik) “Hər şey daxil”də qonağı olan BNA-nın (Bakı Nəqliyyat Agentliyi) mətbuat katibi Mais Ağayevlə söhbəti zamanı çıxış edib.

BNA rəsmisi nəqliyyat sistemində gözlənilən vacib dəyişikliyin anonsunu verib: “Bizə qərar verilsin ki, bunu icra edək. Biz icraedici qurumuq, belə bir səlahiyyətimiz yoxdur.

Ümumiyyətlə ilin axırında kartlaşma tam yekunlaşandan sonra, bütün xətlər kart sisteminə keçəcək. Ondan sonra bu ödənişlərdə şəxaləndirmə olacaq. Deyək ki, səhər pik saatların qiyməti ayrı ola bilər və yaxud da bir aylıq ödəmə etsən, kartın balansını artırsan bunun üçün müəyyən güzəştlər ola bilər. Dünya təcrübəsində belə şeylər var”. (milli.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir