İlham Əliyev Ərdoğanı təbrik etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım.

Bu gün qardaş Türkiyə dinamik və hərtərəfli inkişaf yolundadır. Əldə etdiyi nailiyyətlər onu dünyanın iqtisadi cəhətdən qüdrətli və ən qabaqcıl ölkələri sırasına çıxarmışdır. Türkiyə, həmçinin öz dövlətçilik mənafelərindən çıxış edərək dünyada və regionda cərəyan edən proseslərdə ədalətli və qətiyyətli mövqe nümayiş etdirir.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın ortaq milli, mənəvi dəyərlərindən və ənənələrindən güc alır. Əminəm ki, müttəfiqliyimiz, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin hərtərəfli inkişafına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir