SON DƏQİQƏ – Ofelya Sənani infarkt keçirdi, vəziyyəti ağırdır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xalq artistinin yaxınlarının Trend-ə dediyinə görə, ürək ağrıları ötən gecədən kəskinləşən diktor bu gün səhər saat 11 radələrində təcili yardımla xəstəxanaya çatdırılıb.

1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib ki, vəziyyəti ağır stabil olan O.Sənani infarkt keçirib və ona kəskin koronar sindromu diaqnozu qoyulub.

Xalq artisti hazırda reanimasiya şöbəsində həkim nəzarətindədir.

***

Azərbaycanın Xalq artisti, tanınmış televiziya diktoru Ofelya Sənani infarkt keçirib.


O, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Klniki Tibbi Mərkəzə yerləşdirilib.

O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

Azərbaycanın Xalq artisti, tanınmış televiziya diktoru Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.

O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib (“Dağlarda döyüş”, “Ulduzlar sönmür” bədii filmləri, “Bakı bulvarı”, “Mücrü” və s. televiziya filmləri). (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir