Qurban Qurbanova məşhur klubdan TƏKLİF GƏLDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, Moskvanın “Spartak” klubu baş məşqçisi Oleq Kononvu istefaya göndərib.

Sportinfo.az-ın “Spartak”a yaxın mənbədən aldığı məlumata görə, paytaxt klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova da maraq göstərir.

Məlumata görə, “Spartak”ın nümayəndələri Qurban Qurbanovla təmas da qurublar. Onlar Qurbanovun məsələyə münasibətini öyrənmək istəyiblər. Məlumatda bildirilir ki, “Spartak” rəhbərliyi “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində oynamasını nəzərə alaraq, Qurbanovla qışda və ya mövsümün sonunda da anlaşma əldə etməyə razıdır.

“Spartak” rəhbərliyində təmsil olunan bir neçə şəxs Qurbanovun oyun fəlsəfəsini bəyənir və bunun “Spartak”a uyğun olduğunu düşünür. Üstəlik, həmin şəxslər Qurbanovun futbolçu kimi Rusiya çempionatında çıxış etməsini də əsas gətirərək, onun ölkə futboluna yad sima olmadığını qabardırlar.

Məlumatda bildirilir ki, Qurbanov razılıq verəcəyi təqdirdə, “Spartak”ı qış fasiləsinə, ya da mövsümün sonuna qədər müvəqqəti baş məşqçi çalışdıra bilər. Qurbanovun bu təklifə münasibəti barədə isə məlumat verilmir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir