Ölkə ŞOKDA: 100 ölü, 2500 yaralı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İraqda hökumət əleyhinə aksiyalarda həyatını itirənlərin sayı 100-ə, yaralıların sayı isə 2500-ə çatıb.

Publika.az xəbər verir ki, bu haqda İraq Səhiyyə Nazirliyindən adının açıqlanmasını istəməyən bir səlahiyyətli bildirib.

***

01:36

İraqda hakimiyyət əleyhinə etirazların üç günü ərzində qurbanların sayı 65-ə qədər artıb.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Daha əvvəl 44 nəfərin öldüyü bildirilirdi. Agentliyin məlumatına görə, yalnız paytaxt Bağdadda 190 nəfər yaralanıb.

Qeyd edək ki, Bağdad ilə ölkənin cənub şəhərlərində vəzifədən sui-istifadə, işsizlik, yoxsulluq, korrupsiya və ictimai xidmətlərin çatışmazlığına qarşı baş qaldıran etiraz aksiyaları oktyabrın 1-dən keçirilir. Şiə imamı Muktada as-Sadr parlamenti istefa verməyə və beynəlxalq müşahidəçilərin nəzarəti altında növbədənkənar seçkiləri keçirməyə çağırıb.

***

4 oktyabr 17:00

İraqda hökumətə qarşı təşkil edilən etiraz aksiyalarında ölənlərin sayı 44-ə çatıb.


Publika.az xəbər verir ki, Bağdadda fövqəladə vəziyyət elan olunmasına rəğmən, etiraz aksiyaları hələ də davam edir.

Aksiyaları dayandırmağa çalışan Baş nazir Adil Əbdülmehdi ictimai mülkiyyətə zərər verən və vəzifəsindən sui-istifadədə adı hallanan bir məmuru vəzifəsindən uzaqlaşdırıb.

***
09:18

İraqda çərşənbə axşamı günü başlanan etiraz aksiyalarını nəzarətdə saxlamaq gün keçdikcə çətinləşir.

Publika.az xəbər verir ki, paytaxt Bağdad ilə ölkənin cənub şəhərlərində vəzifədən sui-istifadə, işsizlik və ictimai xidmətlərin çatışmazlığına qarşı baş qaldıran aksiyalarda ölü sayı 30-a çatıb. Yüzlərlə yaralı var.

Bağdadın Əl-Halani və Əndəlüs meydanları başda olmaqla, bir çox məkanlarda təşkil edilən aksiyalara təhlükəsizlik qüvvələrinin müdaxilə etməməsi üçün qadınlar da qatılıb. Buna rəğmən, polis etirazçıları dağıtmaq üçün gerçək mərmi və gözyaşardıcı qazdan istifadə edib.

Ölkənin cənubundakı Kərbəla, Meysan, Bəsrə, Zikar, Divaniyə, Nəcəfdə yeni aksiyalar təşkil olunub. Zikar vilayətində polislər 6 etirazçını öldürüb. Bundan hiddətlənən aksiyaçılar Zikar Vilayət Məclisinin binasını yandırıb.

İraqın Baş naziri Adil Əbdülmehdi səhər saat 5-də Bağdadda küçəyə çıxmaq qadağasını elan edib. Qadağaya rəğmən, paytaxtda silah səsləri eşidilib.

Aksiyalar başa çatmadığı üçün sosial mediaya giriş məhdudlaşdırılıb.

İran hökuməti Kirmanşah əyalətinə bağlı Hüsrəvi və Xuzistan əyalətində yerləşən İraqla sərhəd qapılarını bağlayıb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir