Məhəmmədhüseyn Şəhriyarın oğlunu maşın vurdu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar avtomobil qəzasına uğrayıb.

Kult.az xəbər verir ki, bu barədə şair-yazıçı Sayman Aruz bildirib.



Onun sözlərinə görə, hadisə dünən axşam saat 23 radələrində Təbrizin “17 Şəhriver” küçəsində baş verib. H.Şəhriyar küçəni keçmək istəyərkən onu avtomobil vurub.

“Əlimizdə olan məlumata görə, Hadi Şəhriyar koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”, – S.Aruz qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir