“JARA 2020″nin detalları açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“JARA” Beynəlxalq Musiqi Festivalının təşkilatçıları “JARA 2020″nin konsepsiyasının detallarını açıqlayıblar.

“Report” məlumatına görə, “JARA 2020” iyulun 29-dan avqustun 2-dək keçiriləcək.


“JARA 2020″ yaxınlaşır! Bu gün biz növbəti festivalın konsepsiyasını təqdim etməkdən məmnunuq: 5 gün və sözün həqiqi mənasında hər zövqə görə 5 unudulmaz proqram. Builkindən daha isti olacaq – söz veririk!” – festivalın “İnstagram” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazılıb.

“JARA 2020” konseptual proqramlardan ibarət olacaq. Belə ki, iyulun 29-da qala konserti keçiriləcək, iyulun 30-da 2000-ci illərin ulduzları çıxış edəcək, iyulun 31-də 1990-cı illərin hitləri səsləndiriləcək, avqustun 1-də Beynəlxalq Gün, avqustun 2-də isə “Z nəsli!” baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir