Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan əlaqələri strateji səviyyəli tərəfdaşlıq münasibətləri kimi xarakterizə etmək olar. İki ölkə arasında keçirilmiş yüksək səviyyəli səfərlər mübadiləsi, xüsusilə də Prezidentlər səviyyəsində keçirilmiş çoxsaylı görüşlər ölkələrimiz arasındakı tərəfdaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etməsinə yüksək töhfə verir.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr dinamik üzrə inkişaf edir: “Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır, eyni zamanda bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır. İki ölkə arasında qarşılıqlı investisiya layihələri, nəqliyyat sahəsi, turizm, humanitar və mədəniyyət və digər sahələrdə əlaqələr geniş şəkildə inkişaf etməkdədir. Ölkələrimiz, həmçinin beynəlxalq müstəvidə, qlobal təhlükəsizlik gündəliyinin bir sıra məsələləri üzrə qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Bu xüsusda, terrorizm və ekstremizə qarşı mübarizədə əməkdaşlıq və əlaqələndirməni vurğulamaq olar”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir