İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış mərasimi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış “İmadəddin Nəsimi – 650” poçt markalarının nümayişi olub.

“Azərmarka”nın direktoru Leyla Güləliyeva Publika.az-a bildirib ki, buraxılış dahi şairin 650 illiyi münasibətilə 2 poçt markasından ibarət blok şəklində hazırlanıb.

Blokun yuxarı hissəsindəki markada İmadəddin Nəsiminin silueti, aşağı hissədəki markada isə yazı lələyi təsvir edilib. Blokun ölçüsü 72×92 millimetr, markaların ölçüsü 51×36 millimetrdir. Dizayneri “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov olan markalar 10 min ədəd tirajla çap edilib. Həmçinin 400 ədəd birinci gün zərfləri də hazırlanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir